Dörd Alman "Eurofighter" təyyarəsi NATO-nun gücləndirilmiş hava polisi missiyası kimi xidmət etmək məqsədilə Rumıniyanın cənub-şərqindəki aviabazaya gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın Buxarestdəki səfirliyi məlumat yayıb.

"Almaniya NATO müttəfiqi Rumıniyanı gücləndirilmiş Hava Polisi Cənubunun bir hissəsi kimi hava məkanının monitorinqində dəstəkləyir. Beləliklə, bu gün günortadan sonra Almaniya Hərbi Hava Qüvvələrinin "Eurofighter" döyüş təyyarəsi Konstansa yaxınlığındakı Mixail Koqalniçeanu hərbi bazasına çatıb", - məlumatda qeyd edilib.

Almaniya səfirliyi əlavə edib ki, son həftələr ərzində bölgədə 150 ​​hərbi qulluqçudan ibarət alman kontingentinin yerləşdirilməsi üçün artıq geniş hazırlıq tədbirləri görülüb: "Noyabrın 27-dən etibarən dörd "Eurofighter" döyüş növbətçiliyində olacaq və NATO-nun cənub-şərq cinahında hava hücumundan müdafiəni gücləndirəcək".