Dünyanın aparıcı kriptovalyutası “Dogecoin”in qiyməti bir gündə 9,1 dəfə bahalaşaraq 0,07 ABŞ dollarına çatıb.

Bununla da kriptovalyuta rəqibləri arasında qiymətinə görə, 7-ci yerə yüksəlib.

Onun kapitallaşması isə 9,4 milyard dollara çatıb.

“Dogecoin”in kəskin bahalaşdığını nəzərə alan “Robinhood” ticarət platforması onunla əməliyyatları dayandırıb.