"Gənclər başa düşməlidir ki, əmək bazarında fəaliyyət istiqamətlərini ən azı 5 dəfə dəyişməli olacaqlar".

İqtisadiyyat.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Gələcəyə hazır ol! Karyera İnkişaf Forumunda deyib.

O bildirib ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdır.

“İndiki zamanda insanın savadlı olması yalnız oxuyub-yazmaqla ölçülmür. İT texnologiyasını istifadə etməyi bacarmaq mütləq lazımdır”, - deyə o, əlavə edib.