Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının ikinci mərhələsi başa çatıb.

Deputatlar qrafik üzrə koronavirusa qarşı vaksinin ikinci dozasını alıblar.

Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilib.