Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Hasan Bitmez çıxışı zamanı huşunu itirərək yerə yıxılıb.

Bu barədə İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, Kocaelinin deputatı Hasan Bitmez parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb.

O, dərhal xəstəxanaya çatdırılıb.