Millət vəkili Vahid Əhmədov əhalini narahat edən suallardan danışıb.

BAKU.WS xəbər verir ki, Vahid Əhmədov bankların yüksək faizlə kredit satmağını tənqid edib.

"Banklar vəsaiti haradan alırlar? Banklardakı pulun 80-85% insanların əmanətləridir. Mən həmişə sual verirəm ki, necə olur ki, bank əmanəti 12%-lə alır, həmin pulu 25%-lə kredit verir?" Yaxşı, 12%-lə götürürsən, qoy üzərinə 3%. 4% də sənin xərcin olsun. Sənin xərcin 15-20% deyil axı. Bank sistemində bu suallar var və bu suallar cavabını tapmalıdır".

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə deputatın sualına cavab verməyə çalışıb: "Bu gün bankların alıcısı olmasa, o faizlər də olmaz. Siz, bank sektorunda niyə yüksək faizləri götürürsüz? Sahibkarlara yardım fondu var. Onlarda kredit 6%-lə verilir. İpoteka fondunda kreditlər 8%-lə verilir. Bu gün banklarda boş vəsait formalaşır. Artıq o vəsaitlər orta və kiçik sahibkarlığa istifadə olunacaq. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir".