Yaponiyada hər il ciddi reaksiyalara səbəb olan ənənəvi “delfin ovu” mövsümü başlayıb.
İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, balıqçılar mövsümün sonuna qədər 9 müxtəlif növdən olan 1800-ə yaxın dəniz məməlisini öldürəcəklər.
Eyni zamanda, ov zamanı delfinlərlə yanaşı balinalar da öldürüləcək.
Bəzi heyvan hüquqları müdafiəçilərinin reaksiyalarına baxmayaraq, yerli vaxtla saat 05:00 radələrində 11 balıqçı delfin və balina axtarışına başlayıb. Lakin, balıqçılar mövsümün ilk günü limana əliboş qayıdıblar.
Gözəl Həşimova