2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub.

İqtisadiyyat.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.