Bu il Nigeriyada leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 7 mindən çox insan evlərini tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) məlumat yayıb.

Məlumata görə, aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfər daşqınlardan mənfi təsirlənib. Sel nəticəsində ölkədə 5 nəfər həyatını itirib, 75 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova