Somalidə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 500 min insan evlərini tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatında deyilir.

Məlumata görə, yağışlar indiyədək 30-dan çox insanın ölümünə səbəb olub və 500 min insanı didərgin salıb.

Bir milyondan çox insan isə ərzaq çatışmazlığı riski ilə üzləşib. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdırlar.

 

Gözəl Həşimova