Danimarka Ukraynaya 40 milyon kron (5,8 milyon dollar) məbləğində növbəti maliyyə yardımı ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Rusiya silahlı qüvvələrinin irimiqyaslı hücumlarından sonra ölkənin enerji infrastrukturunun bərpasına sərf olunacaq.

 

Gözəl Həşimova