Danimarka Ukraynaya 3,7 milyard kron (522,6 milyon dollar) məbləğində hərbi yardım verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, artıq 13-cü belə yardım paketidir. Hərbi yardıma T-72EA tankları, BMP-2, artilleriya sursatları, pilotsuz uçuş aparatları, atıcı silahlar və zirehli təmir-bərpa maşınları daxildir. Sonuncu yardımın tədarükü Almaniya ilə birgə maliyyələşdirilir.

"Bugünkü ianə təsdiq edir ki, Ukrayna azadlıq uğrunda mübarizədə Danimarkanın sarsılmaz dəstəyinə arxalana bilər. Bu, Ukraynanın davamlı mübarizəsi üçün çox vacib olan dəstəkdir", - xarici işlər naziri Lars Lokke Rasmussen mətbuata açıqlamasında deyib.