Danimarkanın baş naziri Mette Frederiksen Kiyevə səfəri zamanı Ukraynanın bərpası və humanitar yardım üçün əlavə 300 milyon kron (təxminən 40,2 milyon avro) ayıracağını vəd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarkanın "Jyllands-Posten" nəşri məlumat yayıb.

Qeyd edək ki, Frederiksen Kiyevdə rəsmi səfərdədir. Ukraynaya gedərkən o, Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken ABŞ-nin F-16 təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim verən ölkələrin koalisiyasında Danimarkanın liderliyinə görə Frederiksenə təşəkkür edib.