Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Qurana edilən hücumlara görə üzr istəyib. 

İqtisadiyyat.az xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Danimarka xarici işlər naziri Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb. 

Görüş zamanı danimarkalı nazir bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı törədilən cinayət dalğasına görə təəssüfləndiyini bildirib və üzr istəyib.

Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir Rasmussen sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib. 

Rasmussen hökumətin bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.