Danimarka İsrailə qarşı məhdudiyyətləri sərtləşdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen mətbuata açıqlamasında deyib.

“Danimarka Qəzzaya qarşı davam edən hücumlarının mülki şəxslərə qarşı dağıdıcı nəticələri səbəbindən İsrailə hərbi ixracatda çox məhdudlaşdırıcı bir yanaşma tətbiq edəcək”, - deyə XİN rəsmisi bildirib.