Bu gün saat 20:05 radələrində “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

ADY-dən İqtisadiyyat.az-a bildirilib ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır bədən xəsarətləri alıb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb.