Mavritaniya hökuməti Nigerdəki hərbi çevrilişi rədd etdiyini bəyan edib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Mavritaniya hökumətinin sözçüsü Nani Vild Şiruka paytaxt Nuakçotda keçirdiyi mətbuat konfransında Mavritaniya prezidenti Məhəmməd Vild Şeyx Əl-Qazvaninin Nigerdəki hadisələri yaxından izlədiyini bildirib.

Şiruka deyib: "Qazvani regionun bütün dövlət başçıları ilə birbaşa əlaqədədir. Mavritaniya istər Afrikada, istərsə də başqa yerlərdə konstitusiyaya zidd düzəlişin əleyhinədir".