Bu barədə reperin produseri Orxan baku.ws-ə məlumat verib. Produserin sözlərinə görə, reperin saxlanılmasına oxuduğu "Mal-Mal" mahnısı səbəb olub.
Mahnıda narkomaniya təbliğ olunduğu üçün reper Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparılıb. Reperin narkomaniyaya çağırış etdiyi əsas gətirilərək haqqında inzibati qaydada həbs qərarı verilib.
![](/uploads/images/222853.jpg)
Qeyd edək ki, bir müddət öncə “Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.