Azərbaycanda COVID-19-la mübarizəyə sərf olunan vəsaitin məbləği açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, COVID-19-la mübarizəyə 2020-ci ilin büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait xərclənib.