Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "CONSTRUCTİON BUSİNESS GROUP" MMC olub. Qalib şirkətə 339.715,03 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə Naftalan şəhəri Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərində kənddaxili yolların əsaslı təmir işlərinin satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i: 2800058441

Satınalan təşkilatın ünvanı: Naftalan şəhər I.Həsənzadə küçəsi döngə 04

Ətraflı: https://etender.gov.az/main/competition/detail/293623

Məlumat üçün bildirək ki, şirkət 100 manat nizamnamə kapitalı ilə təsis edilib. Sonradan nizamnamə kapitalı artırılaraq 1120 manata çatdırılıb. Yeri gəlmişkən, Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil.