"Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Senatının üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmamasına inandırmağa çalışıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Senator Mayk Rounds (Cənubi Dakotadan olan respublikaçı - red.) CNN-ə deyib: "Zelenski senatorları inandırmağa çalışıb ki, Amerikadan gələn yardım vəsaitləri mənimsənilməyəcək. Ukrayna lideri Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb, lakin bildirib ki, Ukrayna tez bir zamanda daha çox hava hücumundan müdafiə sistemi almalıdır".