"Çərşənbə axşamı Türkiyə Parlamentinin Baş Assambleyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu müzakirə edib səsverməyə çıxara bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, müvafiq məsələnin gündəliyə salınması planlaşdırılır.

Daha əvvəl "Bloomberg" mənbələrinə istinadən səsvermənin bu həftə keçiriləcəyini bildirmişdi.