ABŞ dövlət katibi Antoni Blinken və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Çinin xarici işlər naziri Vanq Yi əvvəllər keçirilən görüşlərin davamı olaraq Vaşinqtonda danışıqların yeni mərhələsini keçiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər hər hansı açıqlama verməkdən çəkiniblər. Onlar jurnalistlərlə danışmayıblar.

Yaxın saatlarda ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan da Vanq Yi ilə görüşəcək. Ola bilsin ki, Çin xarici işlər naziri Sallivanla görüşmək üçün Ağ Evə gözlənilən səfəri zamanı ABŞ prezidenti Co Bayden tərəfindən qəbul edilsin.

Bundan əvvəl, Vanq Yi Çin və ABŞ arasında fikir ayrılıqları olduğunu, eyni zamanda ortaq maraqların olduğunu və hər iki ölkənin hərtərəfli dialoqa ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri sabit və davamlı inkişafa qaytarmağa çalışmalıdırlar. Antoni Blinken qeyd edib ki, Vanq Yinin bu açıqlamaları ilə razıdır.