İyulun sonunda Çinin valyuta ehtiyat aktivlərinin 3,2 trilyon dolları ötdüyü bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Dövlət Valyuta Mübadilə İdarəsi məlumat yayıb.

Məlumata görə, iyunda 3,193 trilyon dollar olan valyuta ehtiyatları iyulda 3,204 trilyon dollara çatıb.

Çin iqtisadiyyatının dayanıqlılıq və inkişaf potensialının yüksək olduğu və uzunmüddətli müsbət əsasların dəyişmədiyi vurğulanaraq, valyuta ehtiyatlarının ümumi sabitliyini qoruyacağı gözlənilir.

Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2022-ci ilin sonunda 3,12 trilyon dollara çatıb.