Çinin müdafiə naziri Li Şanfu avqustun 14-19-da Rusiya və Belarusa səfər gedəcək.

İqtisadiyyat.az bu barədə RİA Novosti-ə istinadən xəbər verir.

Li Şanfu Rusiyanın müdafiə naziri Sergey Şoyqu və belaruslu həmkarı Viktor Xreninin dəvəti ilə Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransında iştirak edəcək.

Qeyd edək ki, martda Çin prezidenti Si Cinpin Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edib. Həmçinin, Rusiya prezidenti də həmkarı tərəfindən Çinə dəvət edilib.