Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Şian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, Şian Fövqəladə Hallar İdarəsi Bürosunun verdiyi açıqlamaya görə, selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib, 900 evin elektrik enerjisi kəsilib.

Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, itkin düşən 6 nəfərin axtarışları davam edir.

İyul ayından bəri Çinin şimal əyalətləri Doksuri və Khanun tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.

Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.