Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, ölkə mətbuatında yer alan məlumatlara görə, Kaotonq şəhərinin Cinxionq rayonunun Lianqshui kəndində baş verən sürüşmə sonrası aparılan axtarışlar zamanı itkin düşən daha 10 nəfərin cəsədi tapıldıqdan sonra torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.

Kənddə 18 ev torpaq altında qalıb. Sürüşmə nəticəsində yaranan dağıntılar altından 2 nəfər xilas edilib.

Dünən edilən son açıqlamada 34 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə itkin düşdüyü bildirilmişdi.