Çin və Qırğızıstan sərhədində ard-arda üç zəlzələ qeydə alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

4,6 bal gücündə zəlzələnin episentri Çinin Aksu şəhərindən 136 km qərbdə və Qırğızıstanın Karakol şəhərindən 143 km cənubda yerləşib. 

4,7 bal gücündə zəlzələnin episentri Aksu şəhərindən 131 km qərbdə, Karakol şəhərindən 137 km cənubda yerləşib. 

4,9 bal gücündə baş verən zəlzələnin episentri isə Aksu şəhərindən 134 km qərbdə və Karakol şəhərindən 133 km cənubda yerləşib. 

 

Əli Ağayev