Çin ümid edir ki, Birləşmiş Ştatlar ticarət və iqtisadi məsələləri siyasət və ya milli təhlükəsizlik müstəvisinə keçirməyi dayandıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Pekində ABŞ-nin maliyyə naziri Canet Yellen ilə görüşündə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq deyib.

"Ümid edilir ki, Birləşmiş Ştatlar ticarət və iqtisadi məsələləri siyasiləşdirmək və ya onları milli təhlükəsizlik səviyyəsinə keçirmək əvəzinə, bazar iqtisadiyyatının əsas normalarına, ədalətli rəqabətə və açıq əməkdaşlığa sadiq qalaraq Çinlə əməkdaşlıq edəcək", - Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri qeyd edib.

Li Qianq həmçinin Çinin yeni enerji sənayesinin inkişafının qlobal yaşıl və aşağı karbon transformasiyasına mühüm töhfə verəcəyini vurğulayıb və Pekinin iqlim dəyişikliyi ilə mübarizə kimi məsələlərdə Vaşinqtonla koordinasiyanı gücləndirməyə hazır olduğunu əlavə edib.