Çin Hərbi Dəniz Qüvvələri Şərqi Çin dənizində yanvarın 8-9-da hərbi təlimlər keçirəcək.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Çin Dəniz Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, heç bir gəminin təyin olunmuş əraziyə daxil olmasına icazə verilmir.

Təlimlər Şanxayın maliyyə mərkəzinin cənubunda yerləşən liman şəhərləri olan Ninqbo və Zouşan sahillərindəki sularda keçiriləcək.