Çin Rusiya və Ukraynaya danışıqlar üçün lazımi şərait yaratmağa hazırdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Çin Xalq Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.

"Çin ədalətli əsasda sülhün bütün variantlarını müzakirə etmək üçün bütün tərəflərin bərabər iştirakı ilə həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq konfransın vaxtında çağırılmasının tərəfdarıdır. Biz Rusiya və Ukraynaya danışıqlar üçün lazımi şərait yaradacaq və böhranın siyasi yolla tezliklə həlli üçün bütün səylərini yorulmadan göstərəcək", - Şuanq deyib.

Qenq Şuanqın fikrincə, döyüş meydanına silah tədarükünün davam etdirilməsi yalnız böhranın pisləşməsi riskini artırır və gərginliyin azaldılmasına kömək etmir: "Müharibəyə münaqişə yolu ilə deyil, danışıqlar yolu ilə son qoymaq daha yaxşıdır. Çin bir daha bütün maraqlı tərəfləri böhranın və münaqişənin tezliklə siyasi həllinə kömək etmək üçün atəşkəsə nail olmaq və hərbi əməliyyatlara son qoymaq üçün məsuliyyətlə diplomatik səyləri artırmağa çağırır", - diplomat əlavə edib.