Çin yeni nəsil okeanları müşahidə edən peykini uğurla orbitə buraxıb.

İqdisadiyyat.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Adı açıqlanmayan yeni kosmik gəmi dəniz suyunun rəngini, onun temperaturunun dəyişməsini təhlil etmək, həmçinin buz örtüyü və asılı maddələrin dəyişməsini öyrənmək üçün istifadə olunacaq. Layihənin məqsədi həm açıq dənizdə, həm də sahil sularında, əsas yollar, limanlar və arxipelaqlar ərazisində su ehtiyatlarının və ekologiyanın vəziyyətini qiymətləndirməkdir.

Qeyd edək ki, 2022-ci ildə Çin 64 peyk buraxaraq bir daha öz rekordunu qırıb və bu göstəricidə ABŞ-dən sonra ikinci yeri tutub.