Çin İsraillə Fələstinlilər arasında zorakılığın artması ilə bağlı dərin narahatlığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Global Times" məlumat yayıb.

Qeyd edilib ki, Çin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Fələstin məsələsində aktuallıq və öhdəlik hissini gücləndirməyə” çağırıb.

Çin Xarici İşlər Nazirliyi həmçinin həm İsrail, həm də Fələstin tərəflərini sülhə gedən yolu tapmaq üçün sülh danışıqlarını mümkün qədər tez bərpa etməyə çağırıb.