Fələstin Dövlətinin tam müstəqilliyinin təmin edilməsi Yaxın Şərqdə sülhə gətirib çıxaracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Fələstin-İsrail münaqişəsinin həllinin əsas yolu iki dövlətli həllin həyata keçirilməsi və Fələstin Dövlətinin müstəqilliyidir", - XİN-in saytında dərc olunan bəyanatda deyilir.

"Çin Fələstin və İsrail arasında gərginliyin artmasından dərin narahatdır və bütün tərəfləri sakit və təmkinli olmağa, dərhal atəşi dayandırmağa, mülki insanları qorumağa və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çağırır", - deyə Çin Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik hesab edir ki, beynəlxalq ictimaiyyət təcili olaraq Fələstin məsələsinə diqqət yetirməli və Fələstin ilə İsrail arasında sülh danışıqlarının tezliklə bərpasına yardım etməlidir.