Çin bir sıra əcnəbilər üçün ölkəyə giriş qaydalarını sadələşdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu mətbuat konfransında Çin Dövlət Miqrasiya Administrasiyasının əcnəbilərlə iş departamentinin direktoru Mao Xu deyib.

Onun sözlərinə görə, immiqrasiya idarəçiliyi sahəsində informasiya texnologiyalarını təkmilləşdirməklə müraciətlərin qəbulu və işlənməsi prosesi sadələşdirililəcək.

Bundan əlavə, liman vizası üçün müraciət etmək üçün Çinə gələn əcnəbilər üçün giriş şərtləri yumşaldılacaq və paytaxt hava limanlarından tranzit proseduru sadələşdiriləcək.

 

Gözəl Həşimova