"Yaponiyanın xarici işlər naziri Yoko Kamikava, onun çinli və cənubi koreyalı həmkarları Vanq Yi və Park Çin Busanda keçirilən üçtərəfli danışıqlar zamanı regionda sülh və rifahın təmin edilməsi üçün Tokio, Pekin və Seul arasında əməkdaşlığın tərəfdarı olublar". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Nazirlər üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsini alqışladılar və regionda və onun hüdudlarından kənarda sülh və firavanlıq maraqları naminə Yaponiya, Çin və Koreya Respublikası arasında gələcəyə yönəlmiş praktiki əməkdaşlığın təşviq edilməsinin vacibliyi barədə razılığa gəliblər", - deyə məlumatda vurğulanıb.

Danışıqlar zamanı tərəflər üç ölkə arasında humanitar mübadilə, elm, texnologiya, davamlı inkişaf, səhiyyə, iqtisadi əməkdaşlıq, ticarət və təhlükəsizlik sahələrində əlaqələrin inkişaf etdirilməsini müdafiə edib. Onlar həmçinin üç ölkə liderlərinin sammitinə ən qısa zamanda hazırlıq işlərini davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, üç ölkənin xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar ilk dəfə 2007-ci ildə baş tutub.