Çinə ötən il istehlak mallarının idxalı illik müqayisədə 1,2% artaraq 1,95 trilyon yuana (275 milyard dollar) çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ticarət nazirinin müavini Şenq Qiupin qeyd edib.

Onun sözlərinə görə, Çin dünyanın ən böyük istehlak bazarıdır.

Bildirilib ki, Çinin e-ticarət kanalları vasitəsilə malların transsərhəd pərakəndə idxalı ötən il ərzində 19,9 milyard dollar təşkil edib. Bu göstəricinin artımı illik müqayisədə 7% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 483,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova