Çili səlahiyyətliləri ölkənin mərkəzi və cənub bölgələrinə təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayının 132-yə yüksəldiyini bildiriblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayı artıb.

Məlumata görə, 64 cəsəd ailələrinə təhvil verilib.

Meşə yanğınları nəticəsində 43 min hektar ərazi isə yanaraq külə dönüb.

 

Gözəl Həşimova