Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 143 min nəfərin yaşadığı "Kalama" şəhərindən 26 km şimal-şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur. 

 
Əli Ağayev