Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 143 min nəfər əhalisi olan Kəlama şəhərindən 76 km cənub-şərqdə yerləşib.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.
Əli Ağayev