"ABŞ və Avropa İttifaqı (Aİ) Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Brayen məlumat verib.

"Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıq şəkildə bəyan etdi ki, o, Ermənistanı icmamıza yaxınlaşdırmaq məqsədi ilə bizimlə və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ilə müzakirə etmişəm. Biz bunun necə ediləcəyini öyrənirik", - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağ ətrafındakı vəziyyətlə bağlı dinləmələrdə çıxış edərkən deyib.