Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində Zaqreb şəhərindəki “Xorvatiya Qurbanlarının Səsi - Ağrı Divarı” abidəsini ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, XİN rəhbəri abidənin önünə əklil qoyub və Xorvatiya uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib.