2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

Nazir qeyd edib ki, bu dövrdə biz danışıqlar apararkən, normallaşma prosesində iştirak edən bütün beynəlxalq aktorlar və daha geniş beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl olaraq Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsindən irəli gələn ciddi təhlükəyə cəlb etdik və bunu sülh yolu ilə nizamlanmağa çağırılıb: “Qanuni və faktlara əsaslanan narahatlıqlarımız bağlı qapılar arxasında qəbul olunsa da, Ermənistanı öhdəliklərini yerinə yetirməyə inandırmaq üçün real addımlara və məqsədyönlü ictimai mesajlara çevrilmədi.

Nəticə etibarı ilə Ermənistan özünü ruhlanmış hiss etdi və Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğa və yenidən "təmas xətti" məntiqinə əsaslanan status-kvonu seçməyin daha yaxşı olacağı illüziyasına qapıldı.

Ermənistan bütün dünyada Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş manipulyasiya və dezinformasiya kampaniyasına və daxili işlərə açıq müdaxilə yolu ilə gərginliyi qızışdırmağa davam etdi".