Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının Skopye şəhərində keçirilən 30-cu iclasında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüş keçirib.

XİN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda, qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.

Görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb və bu xüsusda, qarşılıqlı investisiyaların təşviqi və enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Elmedin Konakoviç ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və məmnuniyyətlə ölkəmizə səfər edəcəyini qeyd edib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

16.55

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Dino Konakoviçlə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub.