Mərakeşə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, forum hər iki ölkədə mövcud biznes və investisiya imkanları barədə praktiki fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olub.