24 fevral 2022-ci ildən bu il oktyabrın 9-dək Çexiya Ukraynaya 6 milyard kron (təxminən 250 milyon avro) məbləğində hərbi yardım göstərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Çexiya Ordusunun anbarlarından: 2005 və 2006-cı illərdə istehsal olunmuş 4 ədəd Mi-24 helikopteri, 1968-1993-cü illərdə istehsal olunmuş M1 modifikasiyalı 62 ədəd T-64 və T-72 tankı və 1973-1999-cu illərdə istehsal olunan 131 ədəd piyada döyüş maşını alıb. Kiyevə həmçinin 5 kimyəvi kəşfiyyat maşını, 47 ədəd UAZ 412 maşını, 13 ədəd DANA 152 mm özüyeriyən haubitsa və quraşdırılmış hava hücumundan müdafiə dəstləri olan zirehli texnika hədiyyə edilib.