Çexiya prezidenti Peter Pavel cəmiyyətin təhlükəsizliyini gücləndirmək üçün Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb.

İqtisadiyayt.az xəbər verir ki, o, bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.

"Yeni geosiyasi dəyişikliklər Avropa İttifaqının genişlənməsinin yeni dinamikasını tələb edir. Çox uzun müddətdir ki, biz bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların rəhminə buraxmışıq", - o qeyd edib.

Pavel hesab edir ki, Qərbi Balkan yarımadası, Ukrayna, Moldova və Gürcüstan dövlətlərinin Aİ-yə inteqrasiyasını sürətləndirmək lazımdır. Onun sözlərinə görə, Qərbin təhlükəsizlik strukturlarına qoşulmaq istəyən icmadan kənar dövlətlərin səylərini asanlaşdırmaq lazımdır.