"Şimali Koreyanın nüvə və raket proqramları Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasına (ASEAN) üzv dövlətlər üçün ekzistensial təhlükə yaradır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri ASEAN Sammiti öncəsi İndoneziyanın "Kompas" qəzetinə müsahibəsində Cənubi Koreya prezidenti Yoon Suk Yeol deyib.

O bildirib ki, Şimali Koreyanın atdığı addımlar qlobal təhlükəsizlik üçün manedir:

"Şimali Koreyanın raket təxribatlarının və nüvə təhdidlərinin artması ASEAN ölkələri üçün birbaşa və ekzistensial risklər yaradır. Hind-Sakit okean regionunda sülh və sabitliyin təminatı qlobal sülh və sabitliklə birbaşa əlaqəlidir.

Qeyd edək ki,  bu gün başlayan Cənub-Şərqi Dövlətlər Assosiasiyasının (ASEAN) sammiti sentyabrın 7-dək davam edəcək.

Gülşən Şərif