Koreya Respublikasının xarici işlər naziri Park Çin Busanda çinli həmkarı Vanq Yi ilə görüşdə Pxenyanın Koreyalararası razılaşmaya əməl etməkdən imtina etməsi ilə əlaqədar Pekini Koreya yarımadasındakı vəziyyətdə konstruktiv rol oynamağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşına istinadən məlumat yayıb.

Qeyd edilib ki, Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan kəşfiyyat peykinin buraxılmasına cavab olaraq noyabrın 22-də razılaşmanı qismən dayandırıb. Əməkdaşın sözlərinə görə, Park Çin bunun vətəndaşların təhlükəsizliyi üçün "minimum qoruyucu tədbir" olduğunu izah edib. 

"Yonhap" qeyd edib ki, Pak Çin həmkarı ilə görüşdə Rusiya Federasiyası ilə Şimali Koreya arasında əməkdaşlıq mövzusunu qaldırıb. 

Diplomatik idarələrin rəhbərləri həmçinin dəyişən xarici vəziyyət fonunda qarşılıqlı faydalı və əsaslı əməkdaşlığın inkişafına kömək etmək niyyətlərini ifadə ediblər.