Cənubi Afrikada həftənin əvvəlindən bəri yağan leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı artıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, KvaZulu-Natal əyalətinin Ladysmith şəhərində baş verən seldə həyatını itirənlərin sayı 21-ə çatıb.

Selin yaratdığı dağıntılarda itkin düşən insanların axtarışı üçün 60 nəfərdən ibarət qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.

Sel nəticəsində Bellspruit çayında baş verən daşqın yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.

Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə yardım üçün öz qruplarını bölgəyə göndərib.